Xəbərlər
Tarix və coğrafiya fakültəsinin əməkdaşları üçün Qubaya ekskursiya təşkil olundu.
25/05/2026, 10:50

Əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv münasibətlərin daha da möhkəmlənməsi məqsədilə Tarix və coğrafiya fakültəsinin əməkdaşları üçün Qubanın Qəçrəş kəndinə ekskursiya təşkil olunub.
Ekskursiya zamanı iştirakçılar rayonun füsunkar təbiəti, gəzməli-görməli yerləri ilə tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar.
Səmimi abu-hava şəraitində keçən səfər əməkdaşlar tərəfindən maraq və məmnunluqla qarşılanıb.




