“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tarix yazan ömür, elmə həsr olunan həyat...

08/07/2026, 14:13
xeber1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru Məhəmməd Abdu oğlu Abduyevin 65 illik yubileyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universiteti Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltifetmə mərasimi keçirilib.

    Uzun illərdir ki, ADPU-da səmərəli elmi-pedaqoji fəaliyyəti ilə seçilən Məhəmməd Abduyev coğrafiya elminin inkişafına mühüm töhfələr verib. Onun rəhbərliyi dövründə gənc elmi kadrların hazırlanması istiqamətində mühüm nəticələr əldə olunub, çoxsaylı elmi tədqiqatlar aparılıb. Alimin müəllifi olduğu dərs vəsaitləri, monoqrafiyalar, fənn proqramları və 150-dən artıq elmi məqalə ölkəmizdə və xaricdə elmi ictimaiyyət tərəfindən maraqla qarşılanır.

   ADPU Həmkarlar İttifaqı Komitəsi yubiley münasibətilə Məhəmməd Abduyevi səmərəli elmi-pedaqoji fəaliyyəti, universitetin inkişafına verdiyi töhfələr və uzunmüddətli xidmətlərinə görə təbrik edir, ona möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və fəaliyyətində davamlı uğurlar arzulayır.

      65 illik yubileyiniz mübarək olsun, hörmətli Məhəmməd müəllim!

Sosial şəbəkələrdə paylaş: