“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tarix yazan xalqın Zəfər bayramı

06/11/2026, 17:58
xeber1

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan İlyas Əfəndiyev adına Elitar gimnaziyanın yuxari sinif şagirdləri və müəllimlərin müşayəti ilə Zəfər parkına ziyarət olunub,eyni zamanda məktəbdə Zəfər gününə həsr olunmuş tədbir keçirilib.Tədbirin əsas məqsədi şagirdlərə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini aşılamaq, xalqımızın qəhrəmanlıq salnaməsini xatırlatmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub.

Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizədən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən və xalqımızın birlik, həmrəylik nümayişindən bəhs edilib. Şagirdlər Zəfər Gününün tarixi əhəmiyyətini əks etdirən şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa edib və bədii kompozisiyalar təqdim ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın milli qürur mənbəyi olduğu, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyi vurğulanıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: