“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tarixçi- müəllimin 70 illik yubiley tədbiri keçirilib.

14/10/2026, 20:07
xeber1

Tarixçi- müəllimin 70 illik yubiley tədbiri keçirilib.

12 oktyabr 2026-cı il tarixində Salyan rayonunun tarixçi-müəllimi, ictimai fəal Sahib Həsənovun anadan olmasının 70-ci ildönümü ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə qeyd edilib.

Tədbirdə iştirak edən ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova Sahib Həsənovu yubiley münasibətilə təbrik edərək , ona sağlıqlı uzun ömür, ailə səadəti və yeni- yeni uğurlar arzulayıb.

Komitə sədri bildirib ki, ömrünün mənalı illərini təhsil sahəsinə, gənc nəslin maariflənməsinə həsr etmiş, tarix müəllimi kimi zəngin pedaqoji təcrübə qazanmış Sahib Həsənov bu gün həm də doğma Salyanın tarixi yaddaşının qorunmasına, onun zəngin keçmişinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına dəyərli töhfələr verən ziyalılarımızdandır.

Aynur Əsgərova vurğulayıb ki, Salyan rayonunun tarixi, qədim toponimləri və tarixi şəxsiyyətləri haqqında apardığı araşdırmalar, qələmə aldığı elmi və tarixi materiallar doğma yurdumuzun keçmişinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu araşdırmalar yalnız tarixi faktların üzə çıxarılması deyil, həm də milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın və yurd sevgisinin yaşadılması deməkdir.

Göstərdiyi fədakarlığa, ziyalılıq nümunəsinə və doğma yurdumuzun tarixinə bəxş etdiyi dəyərlərə görə yubilyara dərin hörmət və ehtiramını bildirən komitə sədri onu Təbriknamə ilə təltif edib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: