“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Tarixi qəhrəmanlardan öyrənək”: AzMİU-da vətənpərvərlik mövzusunda tədbir

23/04/2026, 13:13
xeber1

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Nəqliyyat fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Tarixi qəhrəmanlardan öyrənək” adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib. 

Tədbirdə Vətən müharibəsi qaziləri – “Qarabağ” ordenli Vüsal Həsənov və Ümid Ağayev tələbələr qarşısında çıxış edib, döyüş yolları, qazandıqları təcrübə və vətənə xidmətlə bağlı düşüncələrini bölüşüblər.

Çıxışlar zamanı qeyd olunub ki, vətənpərvərlik yalnız döyüş meydanında göstərilən qəhrəmanlıqla məhdudlaşmır, təhsildə, elmdə və peşə fəaliyyətində əldə olunan uğurlar da ölkəyə layiqli xidmətin mühüm tərkib hissəsidir.

Qeyd edək ki, bu kimi layihələrin həyata keçirilməsi gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. Bu baxımdan, Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunan tədbir gənclərin vətənə xidmət ruhunda formalaşması istiqamətində əhəmiyyətli təşəbbüslərdən biri kimi dəyərləndirilməlidir.


Gallery Image

Sosial şəbəkələrdə paylaş: