“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 33 il ötür.

18/04/2026, 10:39
xeber1

1993-cü ilin aprelin əvvəllərində Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra 2 minə yaxın əhalisi olan rayonun Başlıbel kəndinin 73 sakini evlərini vaxtında tərk edə bilməyib və düşməndən qorunmaq üçün dağlara çəkilərək kahalara sığınmışdılar. Onlar kahalarda cəmi 18 gün gizli yaşaya biliblər. Aprelin 18-də ermənilər sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçiblər. Nəticədə sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib. Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra - iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 

Aradan 33 il keçməsinə baxmayaraq, Başlıbeldə şəhid olan soydaşlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayır. Onların acısı unudulmur, ruhları hər zaman ehtiramla yad edilir.


Allah bütün Şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.


Sosial şəbəkələrdə paylaş: