“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Тarkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbiri

20/10/2025, 17:53
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin xidmətində olan müəssisələrdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi istiqamətində daim zəruri tədbirlər görülür.

Həyata keçirilən tədbirlər çərçivəsində Goranboy rayon Rəhimli kənd tam orta məktəbində “Narkomaniyaya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” mövzularla müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə məlumatlandırma və maarifləndirici görüşlər təşkil olunmuşdur.

Qeyd olunan tədbirlərdə Goranboy rayon İcra Hakimiyyəti,Goranboy rayon Polis şöbəsi,Goranboy rayon Gənclər və İdman sektoru və Goranboy və Naftalan rayonları üzrə Təhsil Sektorunun əməkdaşları yuxarı sinif şagirdləri və müəllim kollektivi iştirak edib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: