“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

TARİXİ VƏ MƏDƏNİ İRSLƏ ZƏNGİN ŞƏKİYƏ YADDAQALAN SƏFƏR

19/06/2026, 17:11
xeber1

ETİHİ Yasamal Rayon Komitəsinin təşkilatçılığı ilə 201 saylı uşaq bağçasının ittifaq üzvləri üçün Azərbaycanın ən qədim və gözəl şəhərlərindən biri olan Şəkiyə səfər təşkil olunub.

Səfər çərçivəsində ittifaq üzvləri Şəki şəhərinin zəngin tarixi, milli-mədəni dəyərləri və özünəməxsus memarlıq nümunələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Şəhərin özünəməxsus ab-havası və zəngin mədəni irsi iştirakçıların böyük marağına səbəb olub, onlara ölkəmizin tarixini və mədəniyyətini daha yaxından tanımaq imkanı verib.

Təşkil olunan səfər yalnız maraqlı və mənalı vaxt keçirmək baxımından deyil, həm də kollektiv üzvləri arasında ünsiyyətin genişlənməsi, qarşılıqlı münasibətlərin daha da möhkəmlənməsi və birlik ruhunun güclənməsi baxımından əhəmiyyətli olub. Səfər ərzində keçirilən səmimi söhbətlər, bölüşülən xoş anlar və çəkilən xatirə şəkilləri bu günü daha da yaddaqalan edib.

İttifaq üzvləri üçün yaradılan bu imkan həm onların asudə vaxtlarının səmərəli təşkilinə, həm də zəngin tarixi və mədəni irsə malik bölgələrimizi yaxından tanımasına şərait yaradıb. Səfər iştirakçıları göstərilən diqqət və qayğıya, eləcə də turun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rəhbərliyinə səmimi minnətdarlıqlarını bildirib, bu cür tədbirlərin kollektiv daxilində həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Şəki şəhərinə təşkil olunan bu səfər iştirakçıların yaddaşında xoş təəssüratlar, gözəl xatirələr və yeni təcrübələrlə qalan yaddaqalan tədbirlərdən biri olub.

Sosial şəbəkələrdə paylaş: