“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tatlı kənd 2 nömrəli körpələr evi–uşaq bağçasında görüş keçirildi

16/03/2026, 22:20
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Tatlı kənd 2 nömrəli körpələr evi–uşaq bağçasında görüş keçirildi. Görüş zamanı bağçanın kollektivi ilə yaxından tanış olundu, onların fikir və təklifləri dinlənildi, mövcud məsələlər ətrafında söhbət aparıldı.

Tədbir zamanı qarşıdan gələn Novruz bayramı münasibətilə kollektiv səmimi şəkildə təbrik edildi, onlara xoş arzular çatdırıldı və bayram hədiyyələri təqdim olundu.Qeyd olundu ki, Tatlı kəndi rayonumuzun ucqar kəndlərindən biridir və Ermənistanla sərhəd bölgəsində yerləşir. Buna baxmayaraq, burada çalışan təhsil işçiləri böyük məsuliyyət və fədakarlıqla fəaliyyət göstərir, uşaqların təlim-tərbiyəsi üçün əllərindən gələni əsirgəmirlər. Belə ucqar kəndlərdə çalışan müəllim və tərbiyəçilərin əməyinin xüsusi qiymətləndirildiyi vurğulandı və onların hər zaman diqqət və qayğı ilə əhatə olunduqları bildirildi. Sonda bağça kollektivi onlara göstərilən diqqətə və Novruz bayramı münasibətilə təqdim olunan hədiyyələrə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təşəkkürlərini ifadə etdilər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: