Xəbərlər
Təbrik edirik
27/02/2026, 11:48

Göyçay şəhər Akademik Ziya Bünyadov adına 3 saylı tam orta ümumtəhsil məktəbi-nin direktoru Rüstəmov İlqar müəllimin doğum günüdür.
Bu xoş gün münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi rəhbərliyi tərəfindən İlqar müəllimə sürpriz təbrik təşkil olunmuşdur.
Səmimi və mehriban mühitdə keçən görüşdə İlqar müəllimə gələcək fəaliyyətində yeni-yeni uğurlar, möhkəm can sağlığı və rəhbərlik etdiyi kollektivlə birlikdə daha böyük nailiyyətlər arzulandı.
Təhsil sahəsinə verdiyi töhfələr, pedaqoji kollektivə göstərdiyi diqqət və qayğı hər zaman yüksək dəyərləndirilir.
İlqar müəllimə uzun ömür, sağlam və uğurlu illər arzulayırıq





