“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təcrübə və fədakarlığın təntənəsi – 65 illik yubileylər qeyd olundu

09/01/2026, 17:04
xeber1

Yanvar ayında Masallı rayonunun təhsil müəssisələrində pedaqoji fəaliyyətləri ilə seçilən müəllimlərin 65 illik yubileyləri qeyd olunub. Musaküçə kənd F.Xancanov adına tam orta məktəbin müəllimi Rzayev Rizvan Həsənağa oğlu, Lürən kənd F.Şükürov adına tam orta məktəbin müəllimi Talıbova Gülnaz Yolçu qızı və Masallı şəhər 4 nömrəli körpələr evi-usaq bağçasinin müdiri Məcidova Nailə Məcid qızı uzun illər təhsilin inkişafına töhfə verən, yüzlərlə şagirdin formalaşmasında əvəzsiz xidmətləri olan pedaqoqlardandır.

Bu münasibətlə keçirilən tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin əməkdaşları iştirak edərək, AHİK və ETİHİ Respublika Komitəsi rəhbərliklərinin salamlarını tədbir iştirakçilara çatdirmıslar . Tədbirdə təbrik nitqi ilə çıxış edən əməkdaşlar yubilyarlara ETİHİ Masallı Rayon Komitəsinin Fəxri Fərmanı və hədiyyələr təqdim etmişlər.

Çıxışlarda yubilyarların həmkarları, şagirdlər və valideynlər onların pedaqoji fəaliyyətindən danışaraq yeni həyat mərhələsində can sağlığı və uzun ömür arzulamışlar. Yubilyarlar çıxış edərək, AHİK, ETİHİ Respublika Komitəsinə, Eləcə də ETİHİ Masallı Rayon Komitesinin rəhbərliyinə, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Bu yubileylər təkcə bir yaşın tamam olması deyil, həm də zəhmətlə dolu bir ömrün, gənc nəsillərə həsr edilmiş illərin qiymətləndirilməsidir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: