Xəbərlər
Tədbirin əsas məqsədi gənclərin bu mövzuya diqqətini çəkmək,ictimai maarifləndirməni artırmaq və sosial problemlərin həlli istiqamətində yaradıcı yanaşmaya təşviq etməkdir.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsi DŞRTİ,DŞRGİ Rayon sektorları,İDHT Kolleci və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzilə birgə “Erkən nigah və qohum evliliklərinin fəsadları” mövzusunda təhsil müəssisələrində keçirilmiş,qalib ssenariərinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirin əsas məqsədi gənclərin bu mövzuya diqqətini çəkmək,ictimai maarifləndirməni artırmaq və sosial problemlərin həlli istiqamətində yaradıcı yanaşmaya təşviq etməkdir.
Tədbirdə qalib gəlmiş iştirakçılar öz ssenarilərini səhnəcik şəkilində auditoriyaya təqdim ediblər.Hər bir ssenari erkən nigah və qohum evliliklərin fəsadlarının real həyat nümunələri və yaradıcı yanaşmalarla əks etdirməsi ilə diqqət çəkib.
Müsabiqə iştirakçılarının çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılandı.Sonda qalib olan şəhər 2,3 ,5 və 6nömrəli məktəbin qalib komandaları və öz fərdi çıxışı ilə hamının rəğbətini qazanmış şəhər 6 saylı məktəbin IX sinif şagirdi Gülnur Alıyeva təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olundular.














