“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tədris ilinin yorğunluğu istirahətlə əvəz olunub

27/06/2026, 20:41
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşəbbüsü ilə Göyçay rayonunun ümumtəhsil müəssisələrinin rəhbərləri üçün istirahət proqramı təşkil edilib.


Tədbirin məqsədi gərgin və məsuliyyətli tədris ilini uğurla başa vuran məktəb rəhbərlərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi-psixoloji rahatlıqlarının təmin edilməsi və yeni tədris ili ərəfəsində motivasiyalarının artırılması olub.


İştirakçılar istirahət günləri ərzində təbiətin gözəlliklərindən zövq alıb, səmimi ünsiyyət şəraitində xoş anlar yaşayıb, kollektiv həmrəyliyin daha da möhkəmlənməsinə töhfə verən mənalı vaxt keçiriblər.


Məktəb rəhbərləri onlar üçün yaradılan bu gözəl şəraitə və göstərilən diqqətə görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür təşəbbüslərin təhsil işçilərinin sosial rifahına və mənəvi motivasiyasına mühüm töhfə verdiyini qeyd ediblər.


ETİHİ Göyçay Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və həmrəylik mühitinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: