“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tədris müəssisələrində vətənpərvərlik hisslərinin aşılanması

19/05/2026, 09:57
xeber1

Ağcabədi rayon M.Ə. Sabir adına Kəbirli kənd tam orta ümumtəhsil məktəbində məktəbin həmkarlar təşkilatının sədri Qasımova Roza müəllimin təşkilatçılığı ilə II Qarabağ müharibəsi şəhidi, Xüsusi Təyinatlı Təhmasib Qarayevin mövlud günü qeyd olunub.

İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik hissinin gücləndirilməsi, şəhidlərin əziz xatirəsinin yad olunması, onların göstərdikləri qəhrəmanlıq nümunələrinin gənc nəslə aşılanması və Vətənə bağlılıq duyğularının formalaşdırılması olub.

Məktəbin direktoru Yusifova Ceyran Qadir qızı çıxış edərək bildirib ki, bu cür tədbirlər şəhidlərin keçdiyi şərəfli həyat yolunun tanıdılması, Vətən uğrunda göstərdikləri igidlik nümunələrinin təbliği, milli-mənəvi dəyərlərə hörmət və vətən sevgisinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, həmçinin şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsinin və qəhrəmanlarımızın xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıb.

Məktəbin Uşaq Birliyi Təşkilatının rəhbəri Musayeva Ayşən Vaqif qızı, mərasimə dəvət olunan qonaqlar, müəllimlər, şəhid ailələrinin üzvləri və şagirdlər çıxış edərək qəhrəman Təhmasib Qarayevin həyat yolundan, Vətənə sonsuz sevgisindən və göstərdiyi şücaətdən bəhs ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: