Xəbərlər
Tədris müəssisəsində növbəti uğurları

QRTİ Ağcabədi şəhər Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, ARTİ və MÜTDA-nın birgə həyata keçirdiyi “BilBacar” layihəsinin yekun mükafatlandırma mərasimində “Ən Fəal İştirakçı” nominasiyası üzrə qalib olub.
Bu uğurun qazanılmasında əməyi olan məktəbin BilBacar koordinatoru Ələsgərli Fatmaxanım müəllimi, məktəbin direktoru Bayram Novruzlu və bütün pedaqoji kollektivi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsi adından səmimi qəlbdən təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
Bu nailiyyət məktəbin peşəkarlığının, müəllimlərin fədakar əməyinin və şagirdlərin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir.
Təbrik edirik! Yeni uğurlarınız bol olsun!








