Xəbərlər
Təhlə kənd ümumi orta məktəbinin kollektivi üçün Göygöl–Hacıkənd ekskursiyası təşkil olunub
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayon Təhlə kənd ümumi orta təhsil məktəbinin kollektivi üçün Göygöl və Hacıkənd istiqamətində birgünlük ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının dəstəklənməsi, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və mənəvi istirahətin təmin edilməsi olub.
Səfər çərçivəsində iştirakçılar Göygölün füsunkar təbiəti, əsrarəngiz mənzərələri və Hacıkəndin gözəl istirahət məkanları ilə yaxından tanış olublar. Kollektiv səmimi atmosferdə istirahət edərək yaddaqalan anlar yaşayıb, xoş təəssüratlarla geri dönüb.
Təhsil işçiləri onlar üçün yaradılan bu gözəl istirahət imkanına və ekskursiyanın yüksək səviyyədə təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildiriblər.
Belə tədbirlər təhsil işçilərinin sosial-mədəni həyatının zənginləşdirilməsinə, kollektiv ruhunun gücləndirilməsinə və onların motivasiyasının artırılmasına mühüm töhfə verir.




