“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri arasında dama yarışları başa çatıb

25/04/2026, 14:22
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri rayon komitələri üzrə təhsil işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş dama yarışları yekunlaşıb.


ETİHİ-nin Qaradağ, Səbail, Yasamal, Nəsimi, Binəqədi, Nərimanov, Nizami, Xətai, Sabunçu, Suraxanı və Xəzər rayon komitələrini təmsil edən komandaların iştirakı ilə keçirilən yarışlar gərgin və maraqlı mübarizə şəraitində baş tutub.


Baş hakim Nurəli Məmmədzadə tərəfindən idarə olunan dama üzrə yarışların nəticəsinə əsasən Xəzər rayonu birinci, Sabunçu rayonu ikinci, Xətai rayonu isə üçüncü yerə layiq görülüb.


Qalib komandalar müvafiq mükafat və diplomlarla təltif edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: