“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri arasında intellekt mübarizə

07/04/2026, 16:31
xeber1

7 aprel tarixində Xırdalan Şahmat Məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında şahmat yarışı yüksək səviyyədə təşkil edilib və uğurla başa çatıb.


ETİHİ Abşeron Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən yarış müəllimlərin analitik düşüncəsini, strateji baxışını və səbir keyfiyyətlərini üzə çıxarıb, eyni zamanda həmrəylik və dostluq mühitini gücləndirən intellekt platformasına çevrilib.


Tədbirin açılışında ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb və bu cür tədbirlərin müəllimlər arasında ünsiyyətin genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.


Şahmat qarşılaşmaları zamanı iştirakçılar yüksək məntiqi təfəkkür, soyuqqanlılıq və iradə nümayiş etdirərək maraqlı və gərgin oyunlarla yadda qalıblar. Yarışda ümumilikdə 15 nəfər təhsil işçisi iştirak edib.


Gərgin mübarizə şəraitində keçən yarışın yekununda qaliblər müəyyən olunub və diplomlarla, hədiyyələrlə mükafatlandırılıb:


I yer – İsrafilov Elşad

II yer – Qəniyev Aydın

III yer – Əliyev Elnur


Qalibləri ürəkdən təbrik edir, bütün iştirakçılara təşəkkürümüzü çatdırırıq.


Tədbirin təşkilində ETİHİ Abşeron Rayon Komitəsinin aparıcı mütəxəssisi Türkan Bananiyarskaya fəal iştirak edib. Yarışın yüksək səviyyədə və obyektiv keçirilməsinə töhfə verən hakim Rühəngiz Dibirovaya minnətdarlıq ifadə olunur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: