“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri arasında keçirilən idman yarışlarının II mərhələsi üzrə püşkatma keçirilib

09/04/2026, 10:13
xeber1

8 aprel 2026-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhərinin ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri və təhsil işçiləri arasında keçirilən idman yarışlarının ikinci mərhələsi üzrə püşkatma mərasimi baş tutub.


Mərasimdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri, Bakı şəhəri üzrə rayon komitələrinin sədrləri və hakimlər kollegiyasının üzvləri iştirak ediblər.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək bildirib ki, artıq 21 ildir ənənəvi olaraq Bakı şəhərinin təhsil müəssisələrinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan idman yarışları keçirilir. Qeyd olunub ki, bu tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə layihəsi çərçivəsində təşkil olunur.


Çıxışda vurğulanıb ki, yarışların keçirilməsində əsas məqsəd müəllim və təhsil işçilərinin bədən tərbiyəsi və idmana kütləvi şəkildə cəlb edilməsi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, həmkarlar ittifaqı təşkilatlarının sağlamlıq və kütləvi idman sahəsində fəaliyyətinin daha da gücləndirilməsidir.


Püşkatma zamanı basketbol, voleybol, dama, mini-futbol və stolüstü tennis idman növləri üzrə yarışlarda iştirak edəcək komandaların bölgüsü aparılıb, oyunların təqvimi və keçiriləcəyi məkanlar müəyyənləşdirilib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: