“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri arasında keçirilən şahmat yarışı yekunlaşdı.

11/03/2026, 12:39
xeber1

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş təhsil işçiləri arasında şahmat yarışı uğurla yekunlaşdı.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi Ulu Öndərin zəngin irsinin təbliği, təhsil işçiləri arasında intellektual mühitin gücləndirilməsi və sağlam rəqabət ruhunun təşviq edilməsi idi.

Yarış gərgin və maraqlı mübarizə şəraitində keçmiş, iştirakçılar yüksək intellektual bacarıq və ustalıq nümayiş etdirmişlər. Sonda qaliblər müəyyən olunaraq diplom və mükafatlarla təltif edilmişlər.

Yarışın qalibi Şirinov Elçin Eldar oğlunu və digər qalibləri ürəkdən təbrik edir, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: