Xəbərlər
Təhsil işçiləri arasında keçirilən şahmat yarışlarının final mərhələsi keçirilib

14 may tarixdə Sumqayıt şəhər şahmat məktəbində Respublika ümumtəhsil müəssisələrin təhsil işçiləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat üzrə yarışların final mərhələsi keçirilib.
Final mərhələsində ölkəmizin 76 şəhər və rayonlarında keçirilən yarışların qalibləri iştirak ediblər. Final mərhələsi İsveçrə sistemi üzrə keçirilib. Tədbirdə ATİAHİ sədrin müşaviri Elşad Novruzov iştirak edib.
Yarışlarda ilk 8 yeri qazanmış təhsil işçiləri pul mükafatı və diplomlarla təltif olunacaq.
Beləliklə I yer - Biləsuvar rayunudan Əzizov Rafiq, II yer – Şabran rayonundan Heybətov Azad, III yer – Qəbələ rayonudan Rəhmanlı Şəlalə qazanıb.
Xatırladaq ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin müvafiq qərarı əsasında Respublikanın ümumtəhsil məktəblərinin təhsil işçiləri arasında mart-may aylarında üçmərhələli şahmat yarışları keçirilib.






