Xəbərlər
Təhsil işçiləri arasında mini futbol yarışı başa çatıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri üzrə rayon komitələrinin təşkilatçılığı ilə təhsil işçiləri arasında, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş mini futbol yarışı başa çatıb.
Bakı şəhərinin Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai, Binəqədi, Qaradağ, Nizami, Sabunçu, Suraxanı, Xəzər və Pirallahı rayon komitələrini təmsil edən komandalar arasında keçirilən oyunlar gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib.
Oyunlar baş hakim Hümmət Məmmədov tərəfindən idarə olunub.
Komandalar yarış boyu yüksək əzmkarlıq və güclü komanda ruhu nümayiş etdiriblər.
Yekun nəticələrə əsasən, Nərimanov rayonunun komandası birinci, Nəsimi rayonunun komandası ikinci, Sabunçu rayonunun komandası isə üçüncü yeri qazanıb.
Sonda qaliblər təbrik olunub, bütün iştirakçılara gələcək yarışlarda uğurlar arzulanıb.










