“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri arasında respublika şahmat yarışının final mərhələsi keçirilib

06/05/2026, 14:46
xeber1

5 may tarixində Sumqayıt şəhərində yerləşən 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş respublikanın ümumi təhsil müəssisələrinin işçiləri arasında şahmat yarışının final mərhələsi baş tutub.


Final mərhələsində ölkənin 76 şəhər və rayonunda təşkil olunan yarışların qalibləri iştirak ediblər. Yarış İsveçrə sistemi üzrə keçirilib. Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və Bakı şəhərində yerləşən rayon komitə sədrləri iştirak ediblər.


Yarışa 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktor müavini Fatimə Məhərrəmova hakimlik edib.


Yekun nəticələrə əsasən, Şəmkir rayonundan Bünyad Əsgərov birinci, Mingəçevir şəhərindən Samir Hümbətov ikinci, İmişli rayonundan Faiq Şahlarov isə üçüncü yerin qalibi olub.


Qeyd edək ki, ümumi təhsil məktəblərinin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş şahmat yarışları hər il ETİHİ Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: