Xəbərlər
Təhsil işçiləri arasında şahmat turniri keçirilb.

8-9 aprel 2026-cı il tarixində rayon ümumtəhsil müəsissələrinin müəllim və .işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 -cü ildönümünə həsr olunan şahmat yarışları keçirildi. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İmişli rayon Komitəsinin sədri, Uşaq-Gənclər İdman Şahmat məktəbinin direktoru və hakimlər kollegiyasının üzvləri iştirak ediblər.Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İmişli rayon komitəsinin sədri Kərim Kərimov çıxış edərək bildirib ki, yarışların keçirilməsində əsas məqsəd müəllim və təhsil işçilərinin bədən tərbiyəsi və idmana kütləvi şəkildə cəlb edilməsi, ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, həmkarlar ittifaqı təşkilatlarının sağlamlıq və kütləvi idman sahəsində fəaliyyətinin daha da gücləndirilməsidir.
Sonda qaliblər diplom, medal və pul mükafatı ilə mükafatlandırılıblar.






