“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri arasında voleybol üzrə yarışlara yekun vurulub

27/04/2026, 16:52
xeber1

 Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bakı şəhəri rayon komitələri tərəfindən təşkil edilən voleybol yarışı başa çatıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illik yubileyinə həsr olunan bu idman yarışında kişi təhsil işçilərindən ibarət komandalar gücünü sınayıb.


ETİHİ-nin Səbail, Nəsimi, Yasamal, Nərimanov, Xətai, Binəqədi, Qaradağ, Nizami, Sabunçu, Suraxanı və Xəzər rayon komitələrini təmsil edən komandalar bir-birilə üz-üzə gəldi. Müsabiqənin hakimliyi beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarova həvalə edilmişdi.


Yekun nəticələrə əsasən, Suraxanı rayonu birinci, Xəzər rayonu ikinci, Sabunçu rayonu isə üçüncü yerə layiq görülüb.


Tədbirə göstərilən böyük maraq ittifaqın üzvləri arasında idmana olan həvəsin güclü olduğunu bir daha sübut edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: