“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri Astara rayonunda Novruz şənliklərində iştirak etdi.

19/03/2026, 18:01
xeber1

19 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsinin sədri, Astara rayonu üzrə təhsil sektorunun müdiri, rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbər və işçiləri ilə birlikdə Astara rayonunun Park Bulvarında təşkil olunan Novruz bayramı tədbirində geniş tərkibdə iştirak etmişdir.

Tədbir çərçivəsində milli-mənəvi dəyərlərimizi əks etdirən müxtəlif mədəni proqramlar təqdim olunmuş, Novruzun rəmzləri olan səməni, tonqal və bayram süfrələri nümayiş etdirilmişdir. İştirakçılar tərəfindən xalq oyunları, musiqi nömrələri və rəqs kompozisiyaları böyük maraqla qarşılanmış, tədbir bayram ab-havasında davam etmişdir.

Tədbirdə çıxış edənlər Novruz bayramının xalqımızın qədim tarixini, milli birliyini və həmrəyliyini əks etdirdiyini vurğulamış, bu əziz bayram münasibətilə bütün iştirakçıları təbrik etmiş, onlara xoş arzularını çatdırmışlar.

Sonda iştirakçılar birlik və həmrəylik şəraitində keçirilən bu cür tədbirlərin əhəmiyyətini qeyd etmiş, xatirə şəkilləri çəkilmiş və bayram tədbiri xoş əhval-ruhiyyə ilə başa çatmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: