Xəbərlər
Təhsil işçiləri Qax–Şəki–Oğuz ekskursiyasında

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Nəcəfağa Quliyev adına Mollalı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax, Şəki və Oğuz rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin zəngin təbiəti, tarixi və mədəni irsi ilə yaxından tanış olmaları məqsədi daşıyan ekskursiya iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Səfər çərçivəsində kollektiv üzvləri Qax, Şəki və Oğuz rayonlarının görməli yerlərini ziyarət edib, bölgənin füsunkar təbiəti, tarixi abidələri və turizm məkanları ilə tanış olublar. Ekskursiya iştirakçılara xoş təəssüratlar bəxş edib və onların asudə vaxtının səmərəli keçməsinə şərait yaradıb.
Səfərin sonunda iştirakçılar təşkil olunan ekskursiyaya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə minnətdarlıqlarını bildiriblər.







