“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri Qəbələ–Oğuz səfərində.

29/06/2026, 16:47
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Adil Süleymanov adına Şorəlli kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ və Oğuz rayonlarına birgünlük ekskursiya təşkil olunub.

Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin edilməsi və ölkəmizin füsunkar təbiəti, tarixi-mədəni irsi ilə yaxından tanış olmaları məqsədi daşıyan ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində kollektiv üzvləri Qəbələ və Oğuz rayonlarının görməli yerlərini ziyarət edib, bölgənin zəngin təbiəti, tarixi abidələri və turizm məkanları ilə tanış olublar. Ekskursiya iştirakçılara xoş ovqat bəxş edib, onların asudə vaxtının səmərəli və yaddaqalan keçməsinə şərait yaradıb.

Səfərin sonunda kollektiv üzvləri təşkil olunan ekskursiyaya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin təhsil işçilərinin sosial rifahına və kollektiv həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: