“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri İsmayıllıda

27/07/2026, 09:26
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə şəhəri 10 nömrəli körpələr evi–uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil edilib.

Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv arasında həmrəyliyin və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi, eyni zamanda Azərbaycanın zəngin təbiəti və turizm imkanları ilə yaxından tanış olmaq olub.

Ekskursiya iştirakçıları İsmayıllının ecazkar təbiətindən zövq alıb, rayonun görməli məkanlarını ziyarət edərək maraqlı və yaddaqalan anlar yaşayıblar. Səfər iştirakçılarda xoş təəssüratlar yaradıb, onlara istirahət etmək və yeni enerji toplamaq imkanı qazandırıb.

Kollektiv göstərilən diqqət və qayğıya, yüksək səviyyədə təşkil olunmuş ekskursiyaya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib.

Bu cür sosial və mədəni tədbirlər təhsil işçilərinin motivasiyasının artırılmasına, kollektiv ruhunun gücləndirilməsinə və onların asudə vaxtının mənalı təşkilinə mühüm töhfə verir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: