“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün ekskursiya təşkil olundu.

18/06/2026, 17:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Qazıqurdlar kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qəbələ və İsmayıllı rayonlarına bir günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi və ölkəmizin füsunkar bölgələri ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Səfər çərçivəsində iştirakçılar Qəbələ və İsmayıllı rayonlarının görməli yerlərini ziyarət edib, bölgələrin zəngin təbiəti, tarixi-mədəni irsi və turizm imkanları ilə tanış olublar. Təbiətin gözəllikləri və mənzərəli məkanlar ekskursiya iştirakçılarında xoş təəssüratlar yaradıb.

Məktəb kollektivi onlar üçün təşkil olunan bu səfərə və göstərilən diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə minnətdarlıqlarını ifadə edib. Qeyd olunub ki, bu cür tədbirlər təhsil işçilərinin istirahətinin səmərəli təşkilinə, motivasiyasının yüksəldilməsinə və kollektiv üzvləri arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətlərinin təmin olunması istiqamətində mütəmadi olaraq müxtəlif layihə və tədbirlər həyata keçirir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: