“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün ekskursiya təşkil olundu.

06/07/2026, 17:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Binədar Əjdər oğlu adına Yeni Əyricə kənd tam orta ümumtəhsil məktəbin kollektivi üçün Qax rayonunun İlisu kəndinə birgünlük ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında həmrəyliyin və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində iştirakçılar Qax rayonunun İlisu kəndinin füsunkar təbiəti, tarixi və turizm imkanları ilə tanış olublar. Təbiətin gözəlliyi və maraqlı ekskursiya proqramı iştirakçılarda xoş təəssüratlar yaradıb, kollektivin birgə istirahətinə və ünsiyyətinin güclənməsinə müsbət təsir göstərib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi gələcəkdə də təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması istiqamətində bu kimi tədbirlərin davam etdirilməsini nəzərdə tutur.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: