“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Göygöl rayonuna ekskursiya təşkil olunub

10/08/2026, 17:00
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 10 avqust 2026-cı il tarixində Şəmkir rayonu Yaşar Əsgərov adına Mahmudlu kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Göygöl bölgəsinə birgünlük tur təşkil edilib.


Səfər çərçivəsində iştirakçılar Göygölun füsunkar təbiəti, tarixi və görməli məkanları ilə tanış olub, xoş istirahət edərək maraqlı anlar yaşayıblar. Ekskursiya müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv həmrəyliyinin möhkəmləndirilməsi və motivasiyanın artırılması baxımından əhəmiyyətli olub.


ETİHİ Şəmkir Rayon Komitəsi bundan sonra da üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətinin təmin olunması istiqamətində tədbirlərin davam etdirilməsini diqqətdə saxlayacaq.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: