Xəbərlər
Təhsil işçiləri üçün iftar süfrəsi təşkil edildi.
16/03/2026, 12:05

Bu gün ETİHİ-nin İmişli rayon komitəsinin təşəbbüsü ilə təhsil işçilərini üçün iftar süfrəsi təşkil edilmişdi. Komitə sədri çıxış edərək ramazan ayının insanları xeyirxahlığa, mərhəmətə və yardımlaşmaya səslədiyi vurğuladı. Məclisdə dualar oxunudu, Vətənimizin tərəqqisi, xalqımızın rifahı və ölkəmizin sabitliyi naminə diləklər səsləndirildi. Məclisin sonunda ölkəmizə davamlı sülh, əmin-amanlıq və firavan gələcək arzulandı.Sonda təşkilatçılığı görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə təşəkkürlərini bildirdilər.






