“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün növbəti ekskursiya Şəki şəhərinə təşkil edilib

15/06/2026, 21:04
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşkilati dəstəyi ilə Göyçay şəhəri Vüqar Əliyev adına 8 nömrəli ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub.


Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması, həmçinin ölkəmizin zəngin tarixi və mədəni irsinin yaxından tanıdılması məqsədilə təşkil edilən səfər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.


Ekskursiya çərçivəsində məktəb kollektivi Şəki şəhərinin tarixi-mədəni məkanlarını ziyarət edib, şəhərin qədim memarlıq nümunələri, turizm potensialı və milli-mənəvi dəyərləri ilə yaxından tanış olub. Səfər iştirakçıları eyni zamanda bölgənin təbii gözəlliklərini seyr etmək, həmkarları ilə səmimi ünsiyyət qurmaq və xoş istirahət etmək imkanı əldə ediblər.


Belə tədbirlər təhsil işçilərinin mənəvi istirahətinin təmin olunması, kollektiv daxilində həmrəyliyin möhkəmləndirilməsi və əməkdaşlar arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Məktəb kollektivi onlar üçün yaradılan bu şəraitə və göstərilən diqqətə görə ETİHİ Göyçay Rayon Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib, bu cür layihələrin gələcəkdə də davam etdirilməsini arzulayıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: