Xəbərlər
Təhsil işçiləri üçün növbəti gəzinti-istirahət turu təşkil olunub.

Samux rayonunda təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektivlər arasında birlik və mehribanlığın artırılması məqsədilə növbəti maraqlı tədbir reallaşdırılıb.
Belə ki, Samux rayon Alabaşlı və Qaraağaclı qəsəbə tam orta məktəblərinin, həmçinin Qədili kənd ümumi orta məktəbinin həmkarlar ittifaqı üzvləri üçün gəzinti-istirahət turu təşkil olunmuşdur.
Səyahət çərçivəsində təhsil işçiləri Azərbaycanın dilbər guşələrini gəzərək həm zəngin tarixi-mədəni irsimizlə yaxından tanış olub, həm də təbiətin qoynunda gərgin iş ilinin yorğunluğunu atıblar. Kollektiv şəkildə keçirilən asudə vaxt müəllimlər arasında ünsiyyəti daha da gücləndirib və onlara xoş təəssüratlar bəxş edib.
Təhsil işçiləri göstərilən diqqət və qayğıya, həmçinin asudə vaxtlarının bu cür yüksək səviyyədə təşkilinə görə ittifaq rəhbərliyinə və təşkilatçılara öz dərin minnətdarlıqlarını bildiriblər.








