“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün növbəti gəzinti turu həyata keçirilib.

16/07/2026, 19:05
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon 

Komitəsinin dəstəyi ilə bir qrup müəllim kollektivi üçün İsmayıllı–Qəbələ istiqamətində gəzinti turu təşkil olunub. 

Təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin tarixi-mədəni abidələrini ziyarət edib, təbiətin füsunkar gözəlliyi ilə yaxından tanış olublar. Gəzinti zamanı müəllimlər xoş və yaddaqalan anlar yaşayıb, səmimi ünsiyyət mühitində istirahət ediblər.


Kollektiv üzvləri onlar üçün təşkil olunmuş bu gözəl səfərə və yaradılmış hərtərəfli şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: