“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün növbəti mədəni-istirahət ekskursiyası keçirilib

27/07/2026, 11:33
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Kolayır kənd körpələr evi–uşaq bağçası kollektivi üçün Qax və Şəki istiqamətində ekskursiya təşkil edilib.

Mədəni-maarifləndirici və istirahət xarakterli səfər zamanı kollektiv üzvləri Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bölgələrindən olan Qax və Şəki rayonlarının görməli yerləri ilə tanış olublar. İştirakçılar bölgələrin tarixi abidələrini, təbiət mənzərələrini və turizm məkanlarını ziyarət edərək xoş və yaddaqalan anlar yaşayıblar.

Ekskursiya əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, kollektiv münasibətlərin möhkəmləndirilməsi və həmkarlar arasında birlik və həmrəyliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyıb.

Səfər iştirakçıları yaradılan şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin kollektivlərin mənəvi ruhuna müsbət təsir etdiyini qeyd ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: