Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 21 iyun 2026-cı il tarixində Şəmkir rayonu İsgəndər Aznaurov adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbinin əməkdaşları üçün Qarabağa birgünlük ekskursiya təşkil edilib.
Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, eləcə də onların Qarabağın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Ekskursiya zamanı iştirakçılar işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində izləyib, bölgənin görməli məkanlarını ziyarət edərək zəngin təəssüratlar qazanıblar.
Təhsil işçiləri onlar üçün yaradılan bu gözəl imkana görə təşkilatçılara təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.








