“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

10/08/2026, 18:42
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 10 avqust 2026-cı il tarixində Şəmkir rayonu Natiq Abbasov adına Aşağı Seyfəli kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib.


Səfər çərçivəsində İttifaq üzvləri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir şəhər infrastrukturu və “Böyük Qayıdışa dair l Dövlət Proqramı” nın icrası ilə əlaqədar görülən işlərlə tanış olublar. Qarabağda quruculuq prosesinin canlı şahidi olan İttifaq üzvləri şəhərin qısa müddətdə müasir və rahat yaşayış məkanına çevrilməsi istiqamətində atılan addımları yaxından müşahidə ediblər.


Səfərin növbəti ünvanı isə Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi Şuşa şəhəri olub. İttifaq üzvləri Şuşanın əsrarəngiz təbiəti və tarixi-mədəni irsi ilə tanış olaraq şəhərin mühüm məkanlarını ziyarət ediblər.


Qarabağa səfər İttifaq üzvləri üçün həm Zəfər tariximizin, həm də işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən Böyük Qayıdış və quruculuq prosesinin canlı mənzərəsini görmək baxımından xüsusi əhəmiyyət daşıyıb. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: