Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 16 avqust 2026-cı il tarixində Şəmkir rayonu Füzuli qəsəbə və Qaracəmirli kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib.
Təşkil edilən ekskursiyalar yay tətili və həftəsonu günlərində ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli, maraqlı və mənalı təşkili, onların sosial rifahının yüksəldilməsi, sağlam istirahətlərinin təmin edilməsi və mənəvi-psixoloji rahatlıqlarının dəstəklənməsi məqsədi daşımışdır.
Təhsil işçiləri onlar üçün yaradılan bu gözəl imkana görə təşkilatçılara təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.












