“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

14/08/2026, 17:55
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 14 avqust 2026-cı il tarixində Şəmkir rayonu Dağ Cəyir kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib.


Üzv təşkilatların asudə vaxtının səmərəli təşkili, kollektivlər arasında həmrəyliyin və qarşılıqlı ünsiyyətin möhkəmləndirilməsi məqsədilə keçirilən bu cür tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanır.


Səmimi və xoş atmosferdə keçən gəzinti iştirakçılara istirahət etmək, gözəl təəssüratlar qazanmaq və kollektiv ruhunu daha da gücləndirmək imkanı yaradıb.


ETİHİ Şəmkir Rayon Komitəsi bundan sonra da üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətinin təmin olunması istiqamətində tədbirlərin davam etdirilməsini diqqətdə saxlayacaq.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: