Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 20 avqust 2026-cı il tarixində Şəmkir şəhəri Nizami Gəncəvi adına tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib.
İttifaq üzvləri Qarabağda gedən quruculuq abadlıq işlərilə tanış olmuş, tarixi abidələri və Cıdır düzündə qəhrəman əsgərlərimizin döyüş yerlərini ziyarət etmişlər. Ekskursiya zamanı iştirakçılar işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində izləyib, bölgənin görməli məkanlarını ziyarət edərək zəngin təəssüratlar qazanıblar.
Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, eləcə də onların Qarabağın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Təhsil işçiləri onlar üçün yaradılan bu gözəl imkana görə təşkilatçılara təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğını yüksək dəyərləndiriblər.










