“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub.

21/08/2026, 11:53
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 21 avqust 2026-cı il tarixində Şəmkir şəhəri Məmmədəli Əhmədov adına tam orta ümumtəhsil məktəbinin əməkdaşları üçün Qarabağa birgünlük ekskursiya təşkil olunub.


Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, mənəvi istirahətinin təmin olunması və işğaldan azad edilmiş Qarabağımızın tarixi, mədəni irsi və bu gün burada həyata keçirilən böyük quruculuq işləri ilə yaxından tanış olmaq olub.


Ekskursiya iştirakçıları azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində izləyib, tarixi və görməli məkanları ziyarət edərək zəngin və unudulmaz təəssüratlar qazanıblar. Bu cür səfərlər həm həmkarlar arasında birlik və həmrəyliyin güclənməsinə, həm də doğma Qarabağımızın tarixi ilə daha yaxından tanış olmağa mühüm töhfə verir.


Təhsil işçiləri göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan bu gözəl imkanlara görə təşəkkürlərini bildiriblər.


Qarabağımızın hər qarışında yeni həyatın, quruculuğun və inkişafın şahidi olmaq hər birimiz üçün qürurvericidir!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: