“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

22/08/2026, 16:38
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 22 avqust 2026-cı il tarixində Şəmkir şəhəri 4 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün Qarabağa birgünlük ekskursiya təşkil olunub.


Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi və doğma Qarabağımızın tarixi, mədəni irsi, eləcə də bu ərazilərdə aparılan möhtəşəm quruculuq işləri ilə yaxından tanışlıq olub.


Ekskursiya iştirakçıları azad Qarabağın gözəlliklərini yaxından görüb, tarixi məkanları ziyarət edib, aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin şahidi olublar. Bu səfər iştirakçılar üçün həm maraqlı, həm də qürurverici və unudulmaz anlarla yadda qalıb.


Belə səfərlər həmkarlar arasında birlik və həmrəyliyi daha da gücləndirməklə yanaşı, hər bir təhsil işçisində Vətənə və Qarabağa olan sevgi və qürur hisslərini daha da artırır.


Səfərin təşkilinə və göstərilən diqqət-qayğıya görə təhsil işçiləri minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: