Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 13 sentyabr 2026-cı il tarixində Şəmkir rayonu Bəhlul Rüstəmov adına Dəllər Cəyir kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qarabağa növbəti birgünlük ekskursiya təşkil olunub.
Səfərin əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin olunması, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan möhtəşəm bərpa və quruculuq işləri, Qarabağın zəngin tarixi və mədəni irsi ilə yaxından tanışlıq olub. Səfər iştirakçıları Qarabağın gözəl və tarixi məkanlarını ziyarət edib, burada həyata keçirilən genişmiqyaslı quruculuq işlərini böyük maraq və qürur hissi ilə izləyiblər.
Qarabağda olmaq – Zəfərin izlərini görmək, tariximizi yaxından hiss etmək və gələcəyə böyük inamla baxmaqdır!
Qürur, sevinc və xoş təəssüratlarla yadda qalan səfər təhsil işçiləri üçün unudulmaz anlarla zəngin olub. Təhsil işçiləri yaradılan bu gözəl imkan, göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Birlik, həmrəylik və sosial qayğı – həmkarlar ittifaqının daim diqqətindədir!








