Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 26 iyun 2026-cı il tarixində Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qarabağa birgünlük ekskursiya təşkil edilib.
Səfərin məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və onları Qarabağın tarixi-mədəni irsi ilə yaxından tanış etmək olub.
Ekskursiya zamanı iştirakçılar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini izləyib, bölgənin görməli məkanlarını ziyarət edərək xoş təəssüratlarla geri qayıdıblar.
Təhsil işçiləri yaradılan bu gözəl imkana görə təşkilatçılara təşəkkür edərək göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.







