Xəbərlər
Təhsil işçiləri üçün Qarabağa növbəti ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 21 iyul 2026-cı il tarixində Şəmkir rayonu Cəlil Bayramov adına Qaracəmirli kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün Qarabağ bölgəsinə birgünlük tur təşkil edilib.
Səfər iştirakçıları Qarabağın bənzərsiz təbiəti, sürətlə yenidən qurulan yaşayış məntəqələri, tarixi və mədəni abidələri ilə yaxından tanış olublar. Xüsusilə müəllim kollektivində yer alan tarix müəllimləri uzun illər dərslərində bəhs etdikləri torpaqları öz gözləri ilə görmək imkanı qazandıqlarını, azad Qarabağın bugünkü inkişafının canlı şahidinə çevrilmələrinin onlar üçün qürurverici və unudulmaz bir hiss olduğunu bildiriblər.
Qarabağın füsunkar mənzərələri, aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də tarixi məkanlarla tanışlıq səfər iştirakçılarında dərin təəssürat yaradıb və onlar bu anların uzun müddət yaddaşlarında qalacağını bildiriblər.








