Xəbərlər
Təhsil işçiləri üçün Qax rayonuna ekskursiya təşkil olunub

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşəbbüsü ilə 15 avqust 2026-cı il tarixində Şəmkir rayonu Keçili kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Qax rayonuna birgünlük tur təşkil edilib
ETİHİ Şəmkir Rayon Komitəsi öz üzvlərinin rifahını və istirahətini daim diqqətdə saxlayaraq onlar üçün mütəmadi olaraq sosialyönümlü layihələr, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirir.
Səfər iştirakçıları onlara göstərilən diqqət və qayğıya, yaratdıqları yüksəkşəraitli istirahət imkanına görə ETİHİ Respublika Komitəsinə və Şəmkir Rayon Komitəsinə dərin minnətdarlıqlarını bildirib, bu cür təşəbbüslərin gələcəkdə də davamlı olmasını arzulayıblar.




