“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Təhsil işçiləri üçün Qax–Şəki-Oğuz istiqamətində ekskursiya təşkil olunub.

18/06/2026, 15:25
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinin təşkilatçılığı ilə Bərdə rayonu Rafiq Orucov adına Saatlı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax,Şəki və Oğuz rayonlarına bir günlük ekskursiya təşkil olunub.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, onların sosial rifahının yaxşılaşdırılması, həmçinin ölkəmizin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.

Səfər çərçivəsində iştirakçılar Qax və Şəki rayonlarının görməli yerlərini ziyarət edib, bölgələrin tarixi, mədəniyyəti və turizm potensialı barədə ətraflı məlumat əldə ediblər. Ekskursiya iştirakçıları qədim memarlıq nümunələri, tarixi abidələr və təbiətin ecazkar mənzərələri ilə tanış olmaq imkanı qazanıblar.

Məktəb kollektivi onlar üçün yaradılan bu şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsinə təşəkkürünü bildirib. İştirakçılar bu cür tədbirlərin təhsil işçilərinin motivasiyasının artırılmasına, kollektiv üzvləri arasında həmrəyliyin və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.


Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Bərdə Rayon Komitəsi tərəfindən təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətinin təmin olunması istiqamətində mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: