Xəbərlər
Təhsil işçiləri üçün Qəbələ və İsmayıllı rayonlarına ekskursiya təşkil olunub
23/08/2026, 11:10

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə 23 avqust 2026-cı il tarixində Şəmkir rayonu Düyərli və Sabirkənd kənd körpələr evi-uşaq bağçalarının kollektivləri üçün Qəbələ və İsmayıllı rayonlarına birgünlük ekskursiya təşkil olunub.
Səfər zamanı təhsil işçiləri bölgənin füsunkar təbiəti, tarixi və turistik məkanları ilə tanış olub, xoş və yaddaqalan anlar yaşayıblar.
Bu cür tədbirlər həm həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkilinə, həm də kollektivlər arasında dostluq və həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Təhsil işçiləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.





